Ziya Məmmədovun villası əlindən alındı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir sıra mülkləri əlindən alınlb.
 
Sonuncu olaraq sabiq nazirin Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq ərazi geri alınıb. Z. Məmmədov nazir olan vaxt onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini alaraq orada böyük bir villa tikdirib. 

Artıq sabiq nazir həmin ərazinin və villanın sahibi deyil. Sözügedən mülkün giriş qapısına isə "AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı” lövhəsi yerləşdirilib.

Xəbərə görə, həmin bağı öz balansına keçirmək üçün AzNar 4,5 milyon manat pul ödəyib. Amma bu pul Ziya Məmmədova deyil, dövlətə ödənilib. Belə ki, həmin mülk hərraca çıxarılıb və "AZNAR” ərazini alıb./musavat.com/

MediaFax

Xəbər haqda fikrini bildir