Zeynalov öz qardaşı oğlunu Talıbovun qardaşının yerinə TƏYİN ETDİ

Bir müddət əvvəl vəfat edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti 6-ci tağımının komandiri İlqar Talıbovun yerinə təyinat olub.
 
Gununsesi.info-nun xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalov bu posta öz qardaşı oğlu Vüqar Zeynalovu təyin edib.

Xatırladaq ki, uzun illər səhhətində ciddi problemlər yaşayan və bu yaxınlarda vəfat edən İlqar Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşıdır.

MediaFax

Xəbər haqda fikrini bildir