Zəlzələdə ölənlərin sayı 305-ə çatdı

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
 
"RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.
 
Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.
 
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb./APA/

MediaFax

Xəbər haqda fikrini bildir