ÖZƏL: Trampa arxalanıb, baş nazir postu uğrunda HƏRƏKƏTƏ KEÇDİ

Bir müddət əvvəl bütün səlahiyyətləri əlindən alınan, amma hələ də nazir postunu tutan Nəqliyyat naziri Ziya Məmmədovla bağlı olduqca maraqlı məlumatlar ortaya çıxıb. Böyük biznes şəbəkələrinə malik olan oliqarx nazir bir neçə ay əvvəl vəzifədən uzaqlaşmaq üçün istefa ərizəsi yazmaq məcburiyyətində qalıbmış.

Mediafax.Az-a daxil olan məlumata görə, heç bir ciddi səlahiyyətlərə malik olmayan, hətta "artıqlıq" edən nazir istefa məsələsini yuxarı eşalonda əyləşən məmurlardan biri ilə məsləhətləşib. Məsləhətləşmələr zamanı Ziya Məmmədova səbrli olmağı, hətta ABŞ-dakı seçkilərin bitməsini gözləmək tövsiyyə olunub. İndi isə vəziyyət kökündən dəyişib. Daha doğörusu, Ziya Məmmədov nəinki istefa ərizəsi yazmaq istəmir, hətta daha yüksək post tutmaq üçün mübarizəyə başlayıb.

Medifax.Az-a daxil olan məlumata görə, Ziya Məmmədov ABŞ prezidenti seçilən Donald Trampın yaxın adamları ilə görüşməyə can atır. 

Mənbə bildirir ki, Ziya Məmmədov daha yüksək posta - baş nazir vəzifəsinə yiyələnmək istəyir. Donald Trampın yaxın adamları ilə görüşmək üçün ABŞ-a səfər etməyə hazırlaşan nazirin münasib zaman axtardığı deyilir.

Məlumatda o da qeyd olunur ki, Ziya Məmmədov bu postu tutmaq üçün media dəstəyini artırmaq qərarı verib. Mənbənin bildirdiyinə görə, yaxın günlərdə nazirin maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dilli iki saytın açılması gözlənilir. Saytlara tanınmış şəxslərin baş redaktor təyin olunması ilə bağlı danışıqların başlandığını deyən mənbə bildirir ki, media orqanlarının ofisi kimi nazirin oğlu ilə ABŞ prezidenti Trapmın qızının Bakıda birlikdə inşa etdikləri "Trump Tower" seçilib.

MediaFax

Xəbər haqda fikrini bildir