ÖZƏL: Mahmudovun dəstəsi Səfər Əbiyevin yaxın adamından 1 milyon alıb - YENİ FAKTLAR üzə çıxdı

"MTN işi" ilə bağlı yeni fakt ortaya çıxdı.

Mediafax.Az-a daxil olan eksklüziv məlumata görə, Eldar Mahmudovun cinayətkar dəstəsi keçmiş Müdafiə naziri Səfər Əbiyev və onun yaxın adamlarından da külli miqdarda pul alıb.
 
Redaksiyamıza daxil olan məlumata görə, keçmiş müdafiə nazirinin vəzifədən uzaqlaşdırılmasından dərhal sonra Eldar Mahmudovun ciddi tapşırığı ilə S.Əbiyevə yaxın olan biznesmenlər, iş adamları hətta ən yaxın qohumları MTN-ə aparılıb.

Əbiyevin tikinti biznesi ilə məşğul olan ən yaxın adamı MTN-ə çağırılarkən izləndiyini, telefonlarının dinləndiyinin şahidi olub.
 
Mediafax.Az-a məlumat verən mənbə bildirir ki, Eldar Mahmudovun komandası keçmiş müdafiə nazirinin vəzifədən çıxarılmasından xəbərdar olub və aylarla Əbiyevin postundan uzaqşlaşdırılmasını gözləyiblər. Səfər Əbiyev işdən çıxarılan gecə Covdarovun göstərişi ilə Əbiyevin daha bir adamı aeroportda saxlanılaraq MTN-nin "padval"ına aparılıb. Uzun uzadı söhbətdən sonra ondan şəxsən Çövdarov tərəfindən 2 milyon pul tələb olunub. Saxlanılan şəxs isə bu pulu verə bilməyəcəyini və lazım gələrsə, həbsdə yatacağını bildirib. Daha sonra isə Çovdarovun əmri ilə həmin adamın oğlunu və Səfər Əbiyevin ən yaxın adamını MTN-ə aparıblar. Çarəsiz qalan iş adamı 1 milyon manat verməklə oğlunu və Əbiyevin yaxın adamını sərbəst buraxdırıb. Bundan sonra Azərbaycanı tərk edib.

MediaFax

Xəbər haqda fikrini bildir