ÖZƏL: Azərbaycanda aktyoru döyərək bu hala saldılar - XƏSTƏXANADAN FOTOLAR + YENİLƏNİB

16:07

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Elçin Hacılı çalışdığı teatrın əməkdaşları tərəfindən döyülüb.
 
Mediafax.Az xəbər verir ki, aktyorun ürəyi gedib və yıxılıb. O, iş yoldaşlarının köməyi ilə Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
 
Mediafax.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həkimlər aktyoru çətinliklə həyata qaytara biliblər. Həkimlərin ilkin rəyinə görə Elçin Hacılı kəllə beyin travması alıb.

Teatrın direktoru İftixar Piriyev isə mətbuata açıqlamasında Elçin Hacılının Sevinc Hüseynova adlı əməkdaşla mübahisə etdiyini söyləyib.

===== 
17:10

Mediafax.Az-ın əldə etdiyi məlumata görə, aktyor Elçin Hacılı xəstəxanadan evə buraxılıb. Aktyora ev şəraitində müalicə yazılıb. 






MediaFax

Xəbər haqda fikrini bildir