Yeni formatda ilk hərrac: 100 dollar 1.25 manat bahalaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.
 
AMB-dən verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.
 
Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb.

MediaFax

Xəbər haqda fikrini bildir