Xatirə İslam əsəbləşdi - Rasim Balayevə görə

Müğənni Xatirə İslam Mədəniyyət və Turizm Nazirliyinin ünvanına sərt danışıb.

Mediafax.Az xəbər verir ki, müğənni Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı məsələni müzakirəyə çıxarmasını dəstəkləyib. O, deyib ki, 50 il Azərbaycan mədəniyyətində xidməti olan sənətkara müğənnilər deyil, Mədəniyyət və Turizm Nazirliyi kömək etməlidir:

"Eh, dünya nə deyim sənə? Sənətə 50 il xidmət edən insan dərman ala bilmirsə... Rasim Balayev, Allah sizə kömək olsun. Sənətə dəyər verən insanlar, Mədəniyyət və Turizm Nazirliyi yəqin Zeynəb xanımın xatirinə öz dəstəyini göstərər.  50 il xidməti olan sənətkara müğənnilər yox, nazirlik rəhbərlik səviyyəsində kömək edilməlidir. İnanıram ki, edilər”.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin səhhətini müzakirəyə çıxarıb. O, Səhiyyə Nazirliyindən, Mədəniyyət və Turizm Nazirliyindən Rasim Balayevə kömək etmələrini xahiş edib.


MediaFax

Xəbər haqda fikrini bildir