Türkiyəli futbolçu qəzada öldü

Türkiyənin "Sinopspor" klubunun 16 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü Tolunay Anaç yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Haber7-nin məlumatına görə, hadisə Sinop bölgəsinin Demirçi kəndində baş verib. Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil Anaç və dostu Fuat Karaaslanın mindiyi motosikletə çırpılıb. Hadisə nəticəsində futbolçu dünyasını dəyişib, dostu isə yaralanıb.

Qəza ilə əlaqədar "Ayancıkspor” və "Sinopspor”un U-16 komandalarının oyunu təxirə salınıb./report.az/

MediaFax

Xəbər haqda fikrini bildir