Trampın Putinlə görüşmək ARZUSU

ABŞ prezidenti Donald Tramp Vyetnamda keçiriləcək Asiya Sakit okean İqtisadi Əməkdaşlığı Zirvəsində (APEC) Putinlə görüşmək istədiyini bildirib.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Qerbert Makmaster bu barədə konkret razılaşma olmadığını deyib.

"Bu, çox vacib bir səfərdir. Putinlə görüşümüz ola bilər. Onlar bizə Şimali Koreya və Suriya ilə bağlı kömək edə bilərlər. Biz Ukraynadan danışmalıyıq", - bunu isə Tramp mətbuata açıqlamasında bildirib.

Oktyabr ayının sonunda Ağ Ev Trampın Putinlə görüşmək istədiyini bildirmişdi.

Qeyd edək ki, APEC ölkələri liderlərinin sammiti 6-11 noyabr tarixlərində Dananq şəhərində keçiriləcək./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir