Trampın kürəkəni Ərəbistana getdi

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada elan olunmamış səfər edib.
 
Bu  barədə "Politico” Ağ Evdəki mənbəyə istinadən xəbər verib.
 
Onun sözlərinə görə, C.Kuşneri səfərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauel və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt müşahidə edib.
 
Qeyd edək ki, sahibkar və milyonçu, 36 yaşlı  Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır./APA/

MediaFax

Xəbər haqda fikrini bildir