Təyyarə qəzasında pilotun səhvi olmayıb - Açıqlama

Rusiya Müdafiə Nazirliyi "Tu-154” təyyarəsinin ikinci pilotun səhvi ucbatından qəzaya uğraması barədə yayılan məlumatları təkzib edib.
 
Bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib. Onun sözlərinə görə, "Life” saytının yaydığı məlumat absurd və uydurmadır.

Konaşenkov nazirlikdə sözügedən hadisə ilə bağlı aparılan araşdırmaların davam etdiyini və hələ ki yekun qərarın qəbul olunmadığını qeyd edib.

Qeyd edək ki, Rusiyanın "Life” saytı Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsinin qəza səbəbiylə bağlı yekun qərar verildiyi barədə məlumat yayıb.
 
Məlumata görə, "qara qutu”nun tam oxunmasından sonra təyyarənin ikinci pilotun səhvi ucbatından qəzaya uğradığı məlum olub. Eləcə də sayt bəyan edib ki, təyyarənin həddindən çox yüklənməsi və kifayət qədər yüksəklikdə olmaması qəzanı qaçınılmaz edib./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir