Telefon üstündə tutulanların cəzası DƏYİŞDİRİLMƏDİ

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluq və quldurluqda təqsirləndirilənlər – rus əsilli İqor Zubov və Alevtin Potapovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə proses yekunlaşıb.

Hakim Vaqif Mursaqulovun icraatında olan prosesdə qərar elan edilib.

Belə ki, 2016-cı il dekabrın 26-da İqor Zubov uşaqlıq dostu Alevtin Potapovla birgə Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində, qonşu məhəllədə yaşayan Fərhad Rüstəmovun qarşısını kəsərək ondan siqaret və pul tələb edib. Sonuncu pulu olmadığını söylədikdə İqor onun mobil telefonunu güclə dartaraq əlindən alıb. Sonra onu döyərək hadisə yerindən qaçıblar. 

Zubov deyib: "Əlimi salıb şalvarının ciblərini axtardım, telefonunu götürdüm. Telefonu talamaq niyyətim yox idi, özümə məxsus sim-kartı salıb danışacaqdım. Fərhad mənimlə mübahisə etməyə başladı. Bu zaman Alevtin yaxınlaşıb Fərhadı itələdi. Fərhad da qaçıb getdi. Ondan götürdüyüm mobil telefonu 20 manata satdım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər biri 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ilə hökm dəyişdirmədən qərarı qüvvədə saxlayıb./qafqazinfo.az/

MediaFax

Xəbər haqda fikrini bildir