Tanınmış vəkildən deputata cavab: “Burnu cırıq” ləqəbli kolxozçunun oğlusan...”

Tanınmış vəkil, deputatlığa Adəm Məmmədov rəqibi, Milli Məclisin deputatı Astan Şahverdiyevin ünvanına aşağılayıcı ifadələr işlədib 

"EMTV.az" xəbər verir ki, o, bu barədə vəkil özünün "Facebook” hesabında yazıb. Vəkil Azərbaycan dövləti adından qərar verən vətən uğrunda şəhid olmuş məhkəmə sədri Məhərrəm Məmmədovun oğlu olduğunu vurğulayıb və rəqibin atasını təhqir edib. 

Namizəd rəqibini təhqir etməyə məcbur olduğunu qeyd edib: "Seçki kampaniyamda belə məsələlərdən danışmaq istəməzdim. Lakin, 10 ildir Milli Məclisdə susan Astan Nuşrəvan oğlunun birdən-birə vətənpərvərlikdən, təhsildən, əsil-nəcabətdən danışması ona bu cavabı yazmaq, kimliyini xatırlatmaq məcburiyyətindəyəm”. 

Yeni Azərbaycan Partiyasının namizədi, millət vəkili Astan Şahverdiyev isə A.Məmmədovun təhqirlərinə cavab vermək istəməyib: "O tərbiyəsiz adamdır, ona görə də mən bu barədə heç nə deməyəcəyəm. Nə istəyirsə danışsın, yazsın. O, bilir ki, uduzacaq. Ailəmi təhqir edib. Amma mən onun səviyyəsinə enməyəcəyəm. O, "çirkli” piarla məşğuldur”.

Xatırladaq ki, Adəm Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədir. Həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi isə hazırki deputat Astan Şehverdiyevdir.


MediaFax

Xəbər haqda fikrini bildir