Suriyalı qaçqınlar Türkiyə vətəndaşı olmaq istəyirlər

Türkiyədə sığınacaq tapmış 3,5 milyon nəfər suriyalı qaçqının 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə müvafiq araşdırma İstanbul, Şanlıurfa, Hatay, Qaziantep, Adana, Mersin, Kilis, Mardin, Bursa və İzmirdə aparılıb.
 
Suriyalı qaçqınların 79 faizi bu şəhərlərdə yaşayır.

Araşdırma nəticəsində məlum olub ki, 3,5 milyon qaçqından 650 mini işləsə də, onlardan çalışma icazəsi olanların sayı 20 mindir.

Suriyalı mühacirlərin 52 faizi gələcəyini Türkiyədə görür./trend.az/

MediaFax

Xəbər haqda fikrini bildir