Spirtli içkidən yenə ölənlər var - Rusiyada

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

RİA Novosti-nin verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.

Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Xatırladaq ki, ötən ilin sonunda İrkutskda keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi./modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir