Siqaret kötüyü ağacı yandırdı

Bakıda ağac yanıb.

Hadisə Xan Şuşinski küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğının baş verməsinə səbəb yaxınlıqdakı binadan aşağı atılan siqaret kötüyüdür. Belə ki, havanın küləkli olması qısa zamanda yanğının böyüməsinə səbəb olub. 

Hadisə zamanı yaxınlıqdakı avtomobillərin yanma təhlükəsi yaranıb. Əraziyə FHN yanğınsöndürənləri cəlb olunub və qısa zamanda yanğın söndürülüb./baku.ws/

MediaFax

Xəbər haqda fikrini bildir