Sevgilisi əmanət körpənin başına oyun açdı...

Rusiyanın Xakasiya vilayətində yaş yarımlıq uşağı öldürən kişi həbs olunub.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, travma almış uşaq Abakan xəstəxanasında dünyasını dəyişib.

Hadisə noyabrın 11-də Abaza şəhərində baş verib. 22 yaşlı qadın yaş yarımlıq uşağını vətəndaş nikahında olduğu kişinin yanında qoyaraq mağazaya gedib. Həmin kişi narkotik qəbulundan sonra bərk yuxuya gedibmiş. İstintaq komitəsinin məlumatına görə, anasının yoxluğunu hiss edən uşaq yuxudan ayılıb və ağlamağa başlayıb. Uşağın səsinə ayılan kişi onun ayaqlarından tutaraq havaya qaldırıb və uşağın bədəninə kəlləsi ilə vurub.

Mağazadan qayıdan ana uşağını yerdə səssiz vəziyyətdə görüb. Respublika xəstəxanasına çatdırılan uşaq aldığı travmadan bir gün sonra ölüb.

Uşağı öldürən kişi barəsində cinayət işi açılıb.

MediaFax

Xəbər haqda fikrini bildir