Samir Piriyevi DÖYDÜLƏR

Azərbaycanın tanınmış müğənnisi Samir Piriyev döyülüb.
 
Bu barədə müğənni ilə uzun müddətdir ki, məhkəməlik olan Kamran Həsənli və onun vəkili Türkel Süleymanlı mətbuat konfransı zamanı deyib. 

Bildirilir ki, Piriyev bir müddət əvvəl polisə müraciət edərək döyüldüyündən şikayətlənib. O, ərizəsində "beşbarmaq”la döyüldüyünü iddia edib.

Əldə etdiyimiz məlumata görə, hadisə bir neçə həftə əvvəl sənətçinin evinin qarşısında baş verib. 

S. Piriyevin vəkili Ruslan Əhmədoğlu mövzu ilə bağlı saytımıza açıqlama verib:

"Samir yolla gedərkən kiminləsə dalaşır. Kamran nəsə bilirsə, açıqlama versin. Onun heç kəsin bilmədiyi bu məsələyə nə aidiyyatı var? Həmin məlumatlar onda hardandır? Rəsmi müsahibə versin, Samir də məsləhət bilsə, özü bu barədə danışar”./qafqazinfo.az/

MediaFax

Xəbər haqda fikrini bildir