Ronaldu onlara kömək etdi

"Real”ın hücumçusu Kriştianu Ronaldu növbəti dəfə xeyirxah addım atıb.
 
Ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.

Bu haqda Ronaldunun bacısı Katya Aveyru Feysbukda yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.

Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib./qol.az/

MediaFax

Xəbər haqda fikrini bildir