Qripdən bir günə sağalmaq mümkündürmü? - Həkim danışdı

Qış mövsümü ilə əlaqədar ölkədə qrip virusu geniş yayılmağa başlayıb.
 
Lakin ötən illərlə müqayisədə bu il daha çox qripin ağır formasının yayıldığı müşahidə olunur. Xəstəlik günlərlə qızdırma, bel və kürək nahiyələrində ağrılar, kəskin öskürəklə özünü göstərir. Hətta bəzi hallarda iynə-dərman belə, xəstəliyə əlac ola bilmir. 

Bəs qripdən türkəçarə, təbii üsullarla qurtulmaq mümkündürmü?

Mövzu ilə əlaqədar saytımıza danışan təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd öz tövsiyələrini bildirib. Həkim qeyd edib ki, qrip xəstəliyinin hələlik iynə-dərmanla tam müalicəsi yoxdur: "Onu müalicə etmək üçün qrip olan adam və yaxud yoluxma ehtimalı olan şəxslərə tövsiyə olunur ki, iki saatdan bir buruna soğan suyu sürtsün. Əgər xəstə körpədirsə soğan suyuna su qatılır. İki saatdan bir ağızda bal sormaq, səhər, günorta, axşam bir dəfə bir diş sarımsaq yemək. Bir baş sarımsağı da kəsib otağa qoyurlar ki, virus yayılmasın. Və bir də banka qoyulma, zoğal və moruq mürəbbəsindən istifadə etmək, əvəzlik, sulu xingal və sairə xəstəliyin sağalmasına kömək edir. Bunlara əməl etdikdə qrip ikinci günə keçmir. Ümumiyyətlə, immuniteti çox olan adamlar qripə çox az hallarda tutulur. Məsələn, arıçılar heç vaxt qripə yoluxmur. Şəxsən mən də heç vaxt qrip olmuram, çünki hər gün arılarla məşğulam. Ona görə də arı məhsulları qəbul edən adamlar virusa yoluxmur”.

Seyfəddin Əsəd qriplə mübarizə üçün meyvə və tərəvəzlərdən də çox istifadə edilməsini məsləhət görüb: "Xüsusən də tərkibi "C” vitamini ilə zəngin olan meyvələri çox qiymətlidir. Məsələn limon, portağal, mandarin, çuğundur, yerkökü, balqabaq bu qəbildəndir. Eyni zamanda göyərtilər. Zəncəfili və darçını çay kimi dəmləyib, qəbul etmək də çox gözəl effekt verir”./musavat.com/

MediaFax

Xəbər haqda fikrini bildir