Fədayə Laçının qatardan qaçan avtoritet sevgilisi ÖLDÜRÜLDÜ

Noyabrın 2-nə keçən gecə Bakıda qatardan qaçan məhkum "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətindən xüsusi əməliyyat keçirilib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib./APA/

MediaFax

Xəbər haqda fikrini bildir