“Qarabağ” yenə tarix yazdı - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

Qol.az-ın xəbərinə görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ” səfərdə "Atletiko”nun qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmağı bacarıb. 

31 oktyabr

Çempionlar Liqası

C qrupu

"Atletiko” (İspaniya) – "Qarabağ” (Azərbaycan) 1:1 
Qollar: Miçel, 40 (0:1), Thomas, 56 (1:1)
Qırmızı vərəqə: Pedro Enrike, 59 ("Qarabağ"), Saviç, 88 ("Atletiko"
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. "Metropolitano” stadionu

"Roma" (İtaliya) - "Çelsi" (İngiltərə) 3:0
Qollar: El-Şeravi, 1; 37, Perotti, 63
 

MediaFax

Xəbər haqda fikrini bildir