Qalmaqallı direktor həbs edildi - YENİLƏNİB

02.11.2017
12:02 
 
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
 
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
 
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur. O müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
 
=========
03.11.2017
09:35
 
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.
 
Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
 
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
 
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb./APA/

MediaFax

Xəbər haqda fikrini bildir