Qadınlar da davaya qoşuldu - YARALI var

Ağdaşda baş verən mübahisə kütləvi dava ilə nəticələnib.
 
Hadisə rayonun Ağzıbir kəndinin sakinləri arasında qeydə alınıb.

Kənd sakini Surxay Əsgərov tərəfindən Tuqay meşəsi ərazisində yerləşən örüş sahələrinin çəpərlənməsi üstündə başlanan mübahisə, sonradan qadınların da iştirakı ilə kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan Məzburə İlyas qızı Məhərrəmovaya yaxınlıqdakı tibb məntəqəsində ilkin yardım göstərilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır./report.az/

MediaFax

Xəbər haqda fikrini bildir