Polkovnikin xanımı qəzada öldü - Foto

"BakuBus"a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai”nin toqquşması nəticəsində avtomobilin qadın sürücüsü ölüb.

Həlak olan 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika” kafedrasının müəllimi idi.

S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir./criminal.az/
 


MediaFax

Xəbər haqda fikrini bildir