Polis idarəsinə silahlı hücum: ölən var

Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
 
Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb və hazırda davam edir.
 
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.
 
X X X
 
Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.
 
3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb./APA/

MediaFax

Xəbər haqda fikrini bildir