Polis 82 yaşlı baxıcını axtarır

Ucar rayon sakini itkin düşüb.
 
Rayon polis şöbəsindən verilən məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.
 
X. Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X. Əliyevin tapılması istiqamətində tədbirlər görülür.
 
Məlumata görə, itkin düşən X. Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib./APA/

MediaFax

Xəbər haqda fikrini bildir