Oğru kameraya düşdü - VİDEO

Bakıda köşkdən oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb.

Hadisə Xətai rayonunda yerləşən köşklərdən birində qeydə alınıb.

Belə ki, köşkə yaxınlaşan gənc oğlan əvvəlcə rəfə düzülmüş siqaretlərdən birini götürərək cibinə qoyur. Sonra digər cibindən 5 manatlıq əsginas çıxararaq satıcıdan pulu xırdalamağı istəyir. Satıcı isə xırda pulunun olmadığını deyir. Oğurluq edən gənc oradan uzaqlaşır.

Satıcı bildirib ki, belə hallar tez-tez baş verir: "Əsasən saqqız, alışqan və siqaretlər oğurlanır. Bəzi hallarda isə nəsə almaq üçün müştərilərin rəfin üzərinə qoyduğu pullar digər şəxslər tərəfindən oğurlanır. Eyni adam mütəmadi oğurluq edirsə polisə müraciət edirik. Lakin, bir çox hallarda dəyən ziyanın miqdarı az olduğu üçün polisə müraciət etmirik"./report.az/
 


MediaFax

Xəbər haqda fikrini bildir