Dərsdə ağır travma alan məktəbli Bakıya göndərildi - Yenilənib

13:54 
 
Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.
 
Hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.
 
Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
 
Vəziyyətinin ağır olduğu bildirilir.
 
=====
19:15 
 
Masallı rayonunda idman zalında xəsarət alan məktəbli Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.
 
16 yaşlı Əkbər Elman oğlu Ramazanovun vəziyyəti ağır olduğundan Bakıdan rayona həkim briqadası dəvət olunub.
 
Ona kəllə-beyin travması, baş beynin əzilməsi, komatoz vəziyyət və sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.
 
Masallı Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Ə. Ramazanovun vəziyyəti ağır olduğu üçün  bir qədər əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.
 
Qeyd edək ki, Masallı rayonu 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi olan Əkbər Elman oğlu Ramazanov idman zalında futbol oynayarkən başına boru düşüb./APA/

MediaFax

Xəbər haqda fikrini bildir