Ordunu kim yedirdir? - TENDER savaşı

Ölkənin nazir statusunu daşıyan şəxslərin hər birinin həmin nazirliyin tenderlərini həyata keçirməsi üçün kənarda özəl şirkət qurması sirr deyil. Həmin nazirlər dövlət büdcəsindən müxtəlif işlər üçün ayrılan vəsaitləri öz nəzarətlərində olan şirkətlər vasitəsi ilə "əridirlər”.

Ancaq Müdafiə Nazirliyi ilə bağlı məsələdə deyəsən, daş divara dəyib. Belə ki, Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Səfər Əbiyevdən sonra müdafiə naziri postunu tutan Zakir Həsənov tender məsələsinə girə bilmir. Səbəb isə nazirliyin tenderlərinin "qalibinin” bir qayda olaraq Baş nazirin birinci müavini Yaqub Eyyubova yaxın şirkətlər olmasıdır. Nazirlikdəki mənbənin saytımıza verdiyi bilgiyə görə, Zakir Həsənovun tenderləri özünə yaxın şirkətlərə vermək istəyi baş tutmur. Məhz buna görə də hər iki şəxs arasında ciddi konflikt yaranıb.

Məlumatda qeyd olunur ki, nazirliyin tenderləri yüz milyonlarla vəsait deməkdir. Burada ordunun ərzağı, geyimi və digər təminatı kimi məsələlər durur.

MediaFax

Xəbər haqda fikrini bildir