Nyu-Yorkun mərkəzində terror - ÖLƏNLƏR var

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident məktəbin yaxınlığında baş verib. Məlumata görə, yük maşını izdihama çırpılıb, daha sonra sürücü avtomobildən yerə düşərək polis əməkdaşlarına atəş açıb.  
 
NBC telekanalının son məlumatına görə, atışma nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Bundan əvvəl 4 nəfərin öldüyü bildirilmişdi. 
 
Cinayətkarın polis tərəfindən yaralanaraq saxlanıldığı qeyd olunur. 
 
X X X
 
Nyu-Yorkda törədilən hücum nəticəsində ölənlərin sayı 8, xəsarət alanların sayı isə 15 nəfərə çatıb.
 
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,  bu barədə jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio bildirib. İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.
 
Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped zolağına çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra məktəb avtobusu ilə toqquşan avtomobildən düşən silahlı sürücünü polislər atəş açaraq yaralayıblar. Onun şəxsiyyəti müəyyən edilib və hazırda o dindirilir. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti məlumatlandırılıb.  

MediaFax

Xəbər haqda fikrini bildir