Nəvaz Şərif ölkəsinə qayıtdı

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif məhkəmə qarşısında cavab vermək üçün ölkəsinə qayıdıb.

Bu barədə "Daun” informasiya yayıb.

Məlumata görə, Şərifi hava limanında tərəfdaşları qarşılayıb. Gün ərzində keçmiş baş nazirin tərəfdaşları qarşısında mitinqdə çıxış edəcəyi bildirilib.

Sabah isə Nəvaz Şərif məhkəmənin növbəti iclasında hakim qarşısına çıxacaq.

Qeyd edək ki, bir qədər əvvəl Pakistan Ali Məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifin həbsinə order verib./axar.az/

MediaFax

Xəbər haqda fikrini bildir