Neft Fondunun yeni büdcəsi: 6 milyard manatlıq kəsir

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında fərman imzalayıb.
 
Fərmanla ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri 8 mlrd. 370 mln. 589,8 min manat, xərcləri isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edilib.
 
Beləliklə, ARDNF-nin bu il üzrə büdcəsi 6,1 mlrd. manatlıq kəsirlə təsdiqlənib.
 
Müəyyən edilib ki, ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
 

Sıra

Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

7550705,3

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3465,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16830,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

799094,6

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

495,0

 

Cəmi

8370589,9

 

Fərmana əsasən, ARDNF-nin 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldiləcək:

 

Sıra

Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90000,0

3.2.

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

6100000,0

3.3.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi

7500000,0

3.4.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70000,0

3.5.

Bakı-Tbilisi-Qarsyeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

165825,0

3.6.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

29304,0

3.7.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

496155,0

3.8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32572,0

 

Cəmi

14483856,0

 

MediaFax

Xəbər haqda fikrini bildir