MTRŞ qalmaqallı verilişə münasibət bildirdi

ATV  telekanalında yayımlanan "Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.
 
Hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib. Məktəb rəhbərliyi "Yoxlama” verilişinin xəbərdarlıqsız məktəbə daxil olduğunu bildirib. Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir.
 
Məsələ ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri  Toğrul Məmmədov saytımıza danışıb.
 
O  bildirib ki, MTRŞ-ya ATV telekanalında yayımlanan "Yoxlama” verilişi ilə bağlı heç bir məlumat daxil olmayıb.

" MTRŞ telekanalın efir siyasətinə müdaxilə eləmir.  "Televiziya və radio yayımı haqqında” qanuna sasən,  peşə fəaliyyəti müstəqillik əsasında həyata keçirilir.

Şura efirdə gedən qanun pozuntularına cavabdehdir. Əgər məktəb rəhbərliyi qanun pozuntusunun olduğunu düşünürsə, bununla bağlı məhkəməyə müraciət edə bilər.
 
MTRŞ sırf efirə nəzarət edir. "KİV haqqında” qanunda nəzərdə tutulur ki, jurnalistlərin qanuni iş fəaliyyətinə maneçilik törədilməməlidir. Onların fəaliyyətinin nə qədər qanuni və qanunsuz olmasını araşdırmadan sonra demək olar. Məktəb rəhbərliyindən öyrənmək lazımdır ki, hansı əsasla çəkilişə qadağa qoyurlar?”/modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir