Minik maşını traktorla toqquşdu, ölən və yaralananlar var

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi "Belarus-80” markalı traktor toqquşub.
 
Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. 
 
Saatlı RPŞ tərəfindən araşdırma aparılır. 

MediaFax

Xəbər haqda fikrini bildir