Metro jetonları satışda - FOTO

Vaxtilə Bakı Metropolitenində gediş haqqı kimi istifadə edilən jetonlar qədim pul kimi satışa çıxarılıb.

Jetonlar pulsuz elanlar saytı olan "Tap.az”da satılır. 2000-ci il ərəfəsində istifadə edilən mavi və qırmızı metro jetonlarının biri 5 manata satılır.

Qeyd edək ki, Bakı Metropolitenində 2006-cı ilə qədər gediş haqqı kimi jetonlardan istifadə edilib. 2006-cı ildən isə jetonlar metro kartları ilə əvəzlənib. Karta keçiddən 1 il sonra isə jetonlar tamamilə dövriyyədən çıxarılıb./axar.az/
 


MediaFax

Xəbər haqda fikrini bildir