Məşhur tədqiqatçı “Forbes”i ittiham etdi - Azərbaycana görə

Məşhur tədqiqatçı Aleksandr Murinson Azərbaycan əleyhinə yazıya görə "Forbes" jurnalını tənqid edib.

Mediafax.Az müəllifin məqaləsini təqdim edir:

"Bü günün ən aktual mövzularında biri mediada dürüstlükdür. Xəbərlərdə "bu yazı müəllifin şəxsi fikridir” qeydini qabardan media nümayəndələri bununla özlərini "fake nyus-saxta xəbər”dən, yalan və aldatmadan müdafiə etmiş olurlar. Baxmayaraq ki, redaktə prosesinin əsas qayəsi elə oxucunu "saxta xəbər”dən, təbliğatdan qorumaqdır.

"Forbes” jurnalının 30 Oktyabr 2017-ci il tarixində Movses Ter Ohanesyan və Suren Sarkisyan adlı virtual müəlliflərin "Azərbaycanın aqressiyası ABŞ tərəfindən mükafatlandırılmamalıdır adlı” məqaləsi da qeyd olunanların əyani sübutudur. "Qafqaz ekspertləri” kimi təqdim edilən bu müəlliflərin yazılarından Sovet İttfaqı, onun xələfi olan Rusiyanın təbliğat "qoxusu” gəlir. Onlar oxucunu inandırmaq istəyirlər ki, Ermənistan müstəqil və çiçəklənən ölkə, Azərbaycansa regionda qorxunc bir müsəlman ölkəsidir və ABŞ yardımını haqq etmir. Amma reallıq "Forbes”in bu təsvirindən qat-qat fərqlidir. Daha doğrusu belədir: Azərbaycan ABŞ-dan hərbi-dəniz texnikası, tədris məqsədli kiçik həcmli yardım alır. Xəritədə kiçicik araşdırma aparsanız, görərsiniz ki, bu yardım Azərbaycana aid sularda yerləşən neft-qaz yataqlarının İran və Rusiyanın müdaxiləsindən qorumaq üçün ABŞ-ın milli maraqları çərçivəsindədir. Bu yardım Avropanın enerji təhlükəsizliyinin qorunması, qərb bazarlarına məhsulların təhlükəsiz çıxarılması üçündür. ABŞ-ın Azərbaycana dəstəyi ümumilikdə bu ölkəni Rusiya və İran müdaxilələrindən qorumaq, dünyanın geostrateji və geosiyasi cəhətdən mühüm məntəqədə yerləşən bu ölkəsini Qərblə inteqrasiya cəhdlərinə təşviq və dəstək verməsi üçündür. Azərbaycan dünyəvi-müsəlman, ABŞ-ın strateji tərəfdaşı, demokratiya yolunda addımlayan, strateji-əhəmiyyətli regionda Qərb yönümlü səylərin mərkəzində dayanan bir ölkədir.

Azərbaycan Qərbə inteqrasiya, əldə etdiyi müstəqillikdən sonra regional inkişaf üçün öndər və hərəkət edən qüvvədir. Xəzər dənizindən Avropaya qədər böyük miqdarda neft nəql edən Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 20 ildən artıq müddətdən sonra Azərbaycan Rusiya və İrandan yan keçərək, birbaşa Avropa ilə qaz kəmərləri şəbəkəsini qurmağı bacardı. Ötən həftə Bakı-Tiflis-Qars dəmiryolunun açılışını etməklə Avropa İttifaqını regiona və Mərkəzi Asiyaya, Çin ərazilərinə açaraq yenidən Rusiya və İrandan yan keçdi.

Adı çəkilən müəlliflər Ermənistan və Azərbaycan arasındakı müharibələr və ikitərəfli məsələlər haqqında əyri və inadkar hesabat sırımaq istəyirlər.

Əslində, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ Azərbaycanın bir bölgəsidir. Bunu ABŞ, BMT, Avropa Şurası və hər bir beynəlxalq təşkilat qəbul edir. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır - hətta Ermənistan belə.



Aleksandr Murinson

Müəlliflər Dağlıq Qarabağda müstəqillik referendumu barədə çox danışırlar. Amma onlar yazmır ki, referendum Rusiya və İranın köməyi ilə azərbaycanlıların etnik cəhətdən təmizləndiyi və şəraitdə keçirilir. Bu, işğal nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı öz torpaqlarından məcburi çıxarılıb. Human Rights Watch, həmçinin bir çox beynəlxalq təşkilatlar da erməni qüvvələrinin Azərbaycan vətəndaşlarına qarşı törətdikləri dəhşətli qırğınları təsdiqləyiblər.

Doğrudan da, Ermənistan Dağlıq Qarabağı sürətlə özünə birləşdirmə cəhdləri nəticəsində özünü təcrid olunmuş vəziyyətə saldı. Yoxsul Ermənistan Rusiyadan milyardlarla borc alaraq bu gün rəsmi Moskvanın vassal dövlətinə çevrilib.Bu barədə internetdə kifayət qədər məlumatlar da var.
Dağlıq Qarabağı işğal etməklə Ermənistan, bölgəyə rifah gətirən böyük enerji və nəqliyyat layihələrindən kənarlaşdırıldı. Cənubi Qafqazın digər xalqları sağlam cəmiyyətlərə çevrildikcə, Ermənistan sistemli yoxsulluq, korrupsiya, zədələnmiş beyin, əhalinin azalması ilə tamamlanan yoxsul və təhsilsiz dövlətə çevrildi..
Bu illər ərzində isə Azərbaycan milyardlar qazandı. Ölkəyə birbaşa xarici investisiyalar yönəldildi. Dünya siyasətində, enerji sahəsində, texnologiyada liderə çevrildi. Stabil, çiçəklənən və modern bir dövlət yaradıldı.

Beləliklə, sual yaranır: Ter Oganesyan və Sarkisyan nə üçün ABŞ və Avropa müttəfiqi olan Azərbaycana, Rusiya və İran adından təxribatçı hücuma keçirlər? Bu tunelin sonunda bir işıq olmadığı üçün – bunu yalnız bir millətin qəzəbi, özünü itələmə və təhlükə ilə qarşılaşdıqları ilə izah etmək olar.

Kremlin əlindən çıxan saxta xəbərlər "Forbes”də tirajlansa belə, həqiqətə kölə sala bilməz. Oxuculara düzgün məlumatlar çatdırmalı olan "Forbes” bu yalnışlığa yol verməklə bunu daha da çətinləşdirir".

MediaFax

Xəbər haqda fikrini bildir