Cənazə namazı zamanı bədbəxt olay: ölənlər var - Yenilənib

16:09 
 
İstanbulda Ataköy məscidində cənazə namazı qılınan zaman qarın ağırlığına dözməyən tavan çöküb.

İlkin məlumatlara görə, azı 10 nəfər yaralı var. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub./qafqazinfo.az/
 
========
17:27 
 
İstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən məsciddə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.
 
"Hürriyet”in verdiyi xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş tent örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb. Yaralılar var.
 
Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb./APA/
 
MediaFax

Xəbər haqda fikrini bildir