Mehman Hüseynov 200 manat cərimələnib - YENİLƏNİB

11:36

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır.

Bu haqda Modern.az-a DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, M.Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib. Bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.
 
=====
11:44

Tanınmış bloqqer Mehman Hüseynov saxlanılıb.
 
Bu haqda Modern.az-a onun vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Mehman Hüseynov 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub:

"Nəsimi Polis İdarəsindən dedilər ki, Mehmanı indi Nəsimi Rayon Məhkəməsinə aparıblar”.

Qeyd edək ki, bloqqqerin yaxınlarının verdiyi məlumata görə, o, yanvarın 9-dan etibarən yoxa çıxıb.
 
=====
12:38 
 
Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.
 
Vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
 
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. 
 
=======
16:48
 
Blogger Mehman Hüseynov sərbəst buraxılıb.
 
Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. 

APA-nın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

MediaFax

Xəbər haqda fikrini bildir