Maşını İsrail əsgərlərinin üstünə sürdü: 4 ölü, 15 yaralı

Yerusəlim şəhərində naməlum şəxs yük maşınını piyadaların üstünə sürüb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölən və yaralanan şəxslərin İsrail əsgərləri olduğu bildirilir. Polisin nümayəndəsi yerli radiostansiyanın efirində olayı terror hücumu adlandırıb. Hadisə turistlər arasında məşhur olan Köhnə şəhərdə qeydə alınıb.

MediaFax

Xəbər haqda fikrini bildir