Maşın vurdu - Xəstəxanada öldü

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
 
Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.
 
Sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində "Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.
 
Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır./APA/

MediaFax

Xəbər haqda fikrini bildir