Kriminal aləmlə əlaqəsi olan müğənnilər - FOTOLAR

Son illərdə tutulan və ya öldürülən "avtoritetlər"lə ulduzların əlaqəsi göz qabağındadır.

AzNews.az müğənni Fədayə Laçınla həbsdən qaçan "Qoca" ləqəbli Etibar Məmmədovla "sevgi" əlaqəsindən sonra dünyada məşhur olan müğənnilərin kriminal aləmlə əlaqəsi barədə faktlar əldə edib.

Dünyada, xüsusilə Rusiyada son dövrlər müşahidə olunan bir tendensiya üzərində diqqəti cəmləşdirək. Adətən, hər hansı "avtoritet" həbs olunarkən və ya öldürülərkən mətbuatda onların şou-biznes nümayəndələri ilə yaxın əlaqələri üzə çıxmaqdadır. Yaxın tarixə bir ekskursiya edək.

Qaranlıq keçmişi ilə məşhur olan biznesmen Şabtay Kalmanoviç 2009-cu ilin noyabrında Moskvanın mərkəzində öldürüldükdən sonra onun silah alveri ilə məşğul olduğu üzə çıxmışdı. İsraildə keçirilən dəfn mərasimində rus müğənniləri Alla Puqaçova və Zemfira da iştirak edirdi. Kalmanoviçi Puqaçovanın himayədarı kimi tanıyırdılar. O, müğənninin hər il ad gününə bahalı hədiyyələr göndərirdi. Hətta maqnat müsahibələrinin birində demişdi ki, Filipp Kirkorov olmasaydı, məmnuniyyətlə Alla ilə ailə qurardım.



Əsl adı Vyaçeslav İvankov olan məşhur qanuni oğru Yaponçikin isə estrada ulduzu Lyubov Uspenskaya ilə əlaqələri mətbuatın gündəmindən düşmürdü. Yaponçikin ölümündən sonra bu məlumatlar sürətlə yayılmağa başlamışdı. Bununla yanaşı, onun rejissor İrina Ole ilə saxta nikah bağladığı da deyilirdi.



Milyarder Alimcan Toxtaxunovun məşhur müğənni Sofiya Rotaru ilə əlaqələri də heç kimin diqqətindən yayınmamışdı. "Tayvançik" ləqəbli qanuni oğru Sofiyaya qədər xizək yarışlarının iştirakçısı Marina Anisinin sevgilisi olmuşdu. Onun hətta Marinanın olimpiadada yer tutması üçün pullar xərclədiyi deyilirdi.

Sofiya Rotaru ilə çox isti münasibətlər quran milyarder onun konsertlərini təşkil edirdi. Ona brilyant, xəz geyimlər və avtomobil hədiyyə etmişdi. Rotaru öz müsahibəsində bir dəfə belə demişdi: "Alikin kriminal aləmlə əlaqələrini bilmirdim. Bir dəfə o vaxtkı daxili İşlər naziri Fedorçukla görüşümdə mənə bu məlumatlar sızdırılmışdı. Ancaq mən onun "günah"larının həqiqiliyinə inanmırdım".

 

Tanınmış rusiyalı müğənni Jasminin həyat yoldaşı, 28 yaşlı biznesmen İlan Şor banklardan birindən 1 milyard rubl oğurlamaqda ittiham olunurdu.



Rusiya ilə yanaşı, Türkiyədə də müğənnilərin kriminal aləmlə əlaqəsi barədə məlumatlar var. Aktrisa Tuba Büyüküstünün həbsdə olan iş adamı Umut Evirgenlə sevgili, Ebru Gündeşin isə həbsdə olan məşhur iş adamı Rza Zərrabın həyat yoldaşı olması buna sübutdur.




MediaFax

Xəbər haqda fikrini bildir