İnfarkt keçirən jurnalist ürəyindən əməliyyat edildi - FOTO

Ürək damarına stend qoyulan jurnalist Azər Hüseynbala palataya köçürülüb.
 
Bu barədə APA-ya jurnalisti əməliyyat edən həkim, Mərkəzi Klinik Xəstəxananın kardioloqu Oqtay Musayev məlumat verib. Onun sözlərinə görə, Azər Hüseynbalanın vəziyyəti normaldır, bu gün reanimasiyadan palataya köçürülüb.
 
A. Hüseynbala sabah evə buraxılacaq.
 
Qeyd edək ki, jurnalist Azər Hüseynbala iki gün əvvəl infarkt keçirib. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən jurnalist anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

MediaFax

Xəbər haqda fikrini bildir