Çindən Trampa cavab gəldi

"Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır”.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı ölkəsinə qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib./modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir