İLK dəfə: “Titanik”in montajda kəsilmiş kadrları yayıldı - VİDEO

11 Oskara layiq görülmüş məşhur "Titanik" filminin efirə getməyən kadrları yayılıb.

AzNews.az Mirror-a istinadən xəbər verir ki, icarə kompaniyalarınn tələbi əsasında filmin rejissoru Jeyms Kemeron bu kadrları montaj zamanı kəsdirib.

Paramount filmin kifayət qədər qısa olmasını istəyirdi, lakin 5 saatlıq filmi heç cür kəsmək mümkün olmayıb. Yalnız müəyyən epizodlar montaj zamanı götürülüb.

Kəsilən kadrlar Roza rolunun ifaçısı Keyt Uinslettin xilas edilməsini əks etdirir.

Qeyd edək ki, 1997-ci ildə premyerası baş tutan "Titanik" 12 il ərzində ən çox baxılan filmlərin siyahısında ikinci olub. Həmçinin filmin layiq görüldüyü 11 Oskar da rekord göstərici sayılır.
 

MediaFax

Xəbər haqda fikrini bildir