Tehranda Əliyev-Ruhani görüşü - YENİLƏNİB

11:12 
 
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb.
 
Tehranda prezident İ. Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb. 
 
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti bu gün Tehranda bir neçə saatdan sonra keçiriləcək.
 
Prezident İ. Əliyev həmin sammitdə iştirak etmək üçün Tehrana səfər edib./APA/
 
=======
13:21
 
Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

MediaFax

Xəbər haqda fikrini bildir