İki başlı uşaq dünyaya gəldi

Yanvarın 6-da Meksikada iki başı olan qeyri-adi uşaq dünyaya gəlib.

Bu, bir yumurtadan olan əkiz oğlan olub və daxili inkişaf prosesi nəticəsində onların bir bədəni, iki başı inkişaf edib.

Meksika KİV-nin məlumatına görə, qeyri-adi körpə 4 gün yaşayaraq ayın 10-da ölüb.

Yerli həkimlərin sözlərinə görə, bu qeyri-adiliyin səbəbini söyləmək çətindir./modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir