Habil Vəliyevə məxsus olduğu deyilən daha bir milyonluq villanın FOTOLARI

Hazırda həbsdə olan "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə məxsus olan daha bir dəbdəbəli və qiyməti milyonlarla hesablanan villa ortaya çıxıb.

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, sözügedən villa Abşeron rayonu, Masazır kəndi, Arzuman Quliyev küçəsində yerləşən torpaq sahəsində tikilib.

Üç mərtəbə və mansardan ibarət olan villa tipli sözügedən ev Habil Vəliyevin oğlu Əli Vəlizadənin adına sənədləşdirilib. 
 

"Ölkə.Az" sözügedən villanın fotolarını da çəkə bilib. 

Əldə etdiyimiz digər məlumata görə, Habil Vəliyev həbsdən tezliklə azad olmaq və məhkəmədə işini yüngülləşdirmək üçün bir neçə vəzifəli şəxsə yaxın adamları vasitəsilə şantaj xarakterli müraciətlər göndərib. 
H.Vəliyev həmin müraciətlərdə adları keçən vəzifəli şəxslərə qarşı əlində şantaj xarakterli materialların olduğunu iddia edərək, məhkəmədə işinin yüngülləşdirilməyəcəyi təqdirdə bəzi vəzifəli şəxsləri həmin materialları yayacağı ilə hədələyib. 

Xatırladaq ki, Habil Vəliyev 2016-cı il dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, "Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən ofisindən aparılıb.

"Reket jurnalist şəbəkəsi”nin əsas fiqurlarından biri olan H.Vəliyevin saxlanmasının videogörüntüləri yayılıb. Kadrlardan belə görünür ki, DTX-nın 4 əməkdaşı "Gündəlik Bakı”nın ofisinə yaxınlaşır, qapı döyülür, bir qədər sonra isə Habil Vəliyevlə birlikdə oradan ayrılırlar. Yəni həbs heç də MTN sayağı – "qara maskalı”ların iştirakı ilə, qapı sındırılaraq və sanki təhlükəli bir terrorçu zərərsizləşdirilir görüntüsü yaradılaraq yox (Pərviz Həşimlinin həbsində olduğu kimi), sivil qaydada həyata keçirilir.




MediaFax

Xəbər haqda fikrini bildir