Güclü külək sakinləri çətinə saldı

Masallı rayonunda günün ikinci yarısından başlayan güclü külək bir sıra fəsadlar törədib.
 
Masallı rayon Təklə tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçaraq yararsız hala düşüb. Yeni Zuvand kənd orta məktəbində də analoji hadisə baş verib.
 
Masallı rayonu ərazisində 10-dan artıq iri gövdəli ağac kökündən qoparaq yol üzərinə aşıb. Masallının Ərkivan qəsəbəsində Azər Novruzova məxsus ikimərtəbəli yaşayış evinin üzərinə irigövdəli ağac aşıb. Nəticədə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.
 
Külək rayonun rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik dirəklərinin aşması nəticəsində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Masallı rayon Memarlıq və Tikinti şöbəsinin müdiri  Abbas Mikayılovun sözlərinə görə, hazırda rayona dəymiş ziyanın miqdarı hesablanır./APA/

MediaFax

Xəbər haqda fikrini bildir